Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı start götürüb. 

BAKU.WS-in məlumatına görə, bu dəfə də iştirakçılar teleaparıcı Lalə Mustafayevanı SMS səsverməsinə çıxarıblar.

Lalə xanım, bunu gözləmədiyini desə də, mübarizə apararaq oyunda qalacağını bildirib. Amma o səs toplasa da, heç kəsim çıxarmaq istəmədiyini bildirib.

Teleaparıcı sadəcə prinsip xattirinə, ona qurulmuş tələni dağıtmaq üçün oyunda qalmaq istədiyini bildirib və tamaşaçılardan səs istəyib.

51,24 faiz səs toplayan Lalə Mustafayeva sözünü tutaraq Niyam Salami .ounu tərk etdiyinə görə heç kimi çıxarmayacağını bildirib.

Xatıraldaq ki, sabah "Maşın" final üçlüyü müəyyən olunacaq.

BAKU.WS