SİZİN REKLAM BURADA!
055 213 76 73



"Maşın" şou-da iştirakçı Hüseyn Əzizoğlunun maşından əlini çəkdiyi iddialarına aydınlıq gətirilib. 

BAKU.WS-in məlumatına görə, yarışmanın aparıcısı, xalq artisti Murad Dadaşov Hüseyni yanına çağırıb və ona "Maşın əldən getdi" sözlərini söyləyib. 

Aparıcı bildirib ki, bu sözlər söylənən zaman adətən musiqi səslənir, amma bu dəfə belə olmadı: "Bu kəlməni sənə aid etmirəm. Tamaşaçıların diqqəti sayəsində müşahidə kamerasının sayı artırılıb". 

Daha sonra digər rakurdan çəkilmiş görüntülər efirə təqdim edilib. Bundan sonra Hüseyn maşına yaxınlaşıb və mübarizəsini davam etdirib. 

Abbas
BAKU.WS