VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.

BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır.

İştirakçılardan Firuzə Cəlilova qaydaları pozduğuna görə, şounu tərk etdiyindən canlı yayımda yenidən səsvermə keçirilib.

Maşın uğrunda mübarizədə növbəti gizli səsvermənin nəticələrinə görə, bu dəfə Hüseyn Əzizoğlu hədəf olub. 9 nəfər onun şəklini atıb.

Hüseyn Əzizoğlu isə İlhamə Bədəlovanı duelə çağırıb.

Amma şou daha şox Roza Zərgərli ilə İlhamənin mübarizəsi kimi yadda qalıb. Nəhayət 57 faizdən çox səs toplayan Hüseyn Əzizoğölu hədəfini dəyişmədiyini bildirib. Beləliklə bu dəfə İlhamə Bədəlova üçün maşın əldən getdi.

Xatırladaq ki, maşın uğrunda aşağıdakı şəxslər mübarizə aparır:

1.Cavidan Novruz (aktyor)
2.Mətanət Əliverdiyeva (aparıcı)
3.Aytən Səfərova (aparıcı)
4.Hüseyn Əzizoğlu (video blogger)
5.Uran (reper)
6.Rahidə Baxıçova (müğənni)
7.Əli Mirəliyev (müğənni)
8.Ruhəngiz Musəvi (müğənni)
9.Pərvin Abıyeva (aktrisa)
10.Abbas Bağırov (müğənni)
11.Roza Zərgərli (müğənni)

Qeyd edək ki, Ələkbər Yasamallı və Firuzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd dünən İlhamə ilə döyüşdə məğlub olub.

BAKU.WS