SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Murad Dadaşov "Maşın" şousunun başlayacağı tarixi açıqlayıb.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, o bildirib ki, şou mayın 28-də yayımlanacaq:

"İştirakçıların hamısı bəlli deyil, amma bir qisim hazırdır. 1 aydan çox vaxt var. Gözləmədiyim insanlar olacaq şouda. Çox maraqlı iştirakçılarımız var".

M.Dadaşov "Davam ya tamam" şousunun yayımının təxirə salındığını deyib:

"İstəyirdik yazda başlayaq, amma qaldı. Yeni televiziya mövsümündən olacaq və hər gün yayımlanacaq. Uduş məbləği isə 50 minə çatacaq".
Şoumen verilişlərin keyfiyyətindən narazılıq edib və aparıcılara öz tövsiyələrini verib:

"Televiziyadakı verilişlərin əksəriyyətindən razı deyiləm. Etdiyim layihələr reytinq qazanır. Elə başa düşülməsin ki, mən hamıdan yaxşıyam, başqaları yox. Sadəcə, işə bir az məsuliyyətlə yanaşmaq lazımdır".

BAKU.WS