SİZİN REKLAM BURADA!
055 213 76 73


 
BAKU.WS aprelin 4-nə olan astroloji proqnozu təqdim edir: 

Qoç - Qarşınıza çıxan fürsətləri düzgün dəyərləndirin. Bu gün həssas və kövrək olacaqsınız. Ani qərarlar qəbul etməyin.
 
Buğa - Başqalarının fikrinə önəm vermirsiniz. Bu daha rahat və stressiz həyat tərzi keçirməyinizi asanlaşdırır. Lakin məsləhətləri qulaq ardına vurmayın. Dostlarınız sizin yaxşılığınızı istəyir.
 
Əkizlər - Gün gərgin keçəcək. Yaradıcılığınız pik nöqtədə olacaq. Gün boyu sizi sakitləşdirəcək musiqilər dinləyin.
 
Xərçəng - Səhər saatlarında kiçik qəza keçirə bilərsiniz. Evdə diqqətli olun. Ailənizlə bağlı sizi uzun müddətdir ki, narahat edən problem yenidən gündəmə gələcək.
 
Şir - Bu gün danışdıqlarınıza da, yazışmalarınıza da diqqət edin. Gələcəkdə əleyhinizə istifadə edilə biləcək sözlər sərf etməyin. Siqaret və qəhvədən az istifadə edin. Əks halda baş ağrısından əziyyət çəkəcəksiniz.
 
Qız - Maddi baxımdan sizi çətinə salacaq hadisələr baş verəcək. Sakitliyinizi qoruyun. Dava-dalaşa qarışmayın.
 
Tərəzi - Həyatınızda yeniliklər baş verəcək. Çoxdan görmədiyiniz bir qohumunuzla təsadüfən qarşılaşacaqsınız. Axşam saatlarını partnyorunuzla keçirəcəksiniz.
 
Əqrəb - Yaxın dostlarınızla aranız dəyəcək. Uzun müddətdir ki, sirr kimi saxladığınız bir məlumat başınıza dərd olacaq.
 
Oxatan - Gün boyu özünüzü gərgin hiss edəcəksiniz. Gələcəklə bağlı qurduğunuz planları alt-üst edən hadisələrlə üzləşəcəksiniz. Pul mövzusunda diqqətli olun.
 
 Oğlaq - İş həyatınızla bağlı yeniliklər gözlənilir. Bu gün hər istədiyinizi əldə edəcəksiniz. Atdığınız hər addım uğurla nəticələnəcək.
 
Dolça - Ailəniz və yaxın dostlarınızın təzyiqi fikrinizə təsir etməyəcək. Qəti addımlar atacaqsınız. Azadlığınıza düşkünlüyünüz sizi yeni qərarlar verməyə vadar edəcək.
 
Balıq - Səhər saatlarında əsəbiləşəcəksiniz. Ancaq günün qalan hissəsi problemsiz keçəcək.