SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda belə bir el adəti var ki, Novruz bayramında bütün evlərdə təmizlik işi görülür. Əşyalar yenilənir, xalçalar yuyulur, mənzilə sanki yeni nəfəs gəlir. Artıq bu işləri etmək təkcə xanımların öhdəsinə düşməyəcək. Belə ki, Təmiz xalı şirkəti istənilən yuma xidmətini təklif edir. Şirkət müştərilərinə hər növ fabrik istehsalı olan xalçaların yuyulması, kilim və ədyalların yuyulması, divan dəsti, hər cür yumşaq mebellərin və yataq matrasların yuyulması, xalçaların overlok olunması və bərpası kimi xidmətləri təqdim edir. 
 
 
Şirkət xalçaları faktura nömrəsi ilə işarələndikdən sonra yuyulmaq üçün qəbul edir. Yuyulma növbəsi gələn xalçalar əvvəlcə tozdan təmizlənməsi üçün xüsusi maşında çırpılır və tozları təmizlənir. Daha sonra yuyulma maşınında xalçanın xüsusiyyətinə görə təmizlik mütəxəssisləri tərəfindən hazırlanmış orqanik vasitələrdən istifadə olunaraq yuyulma əməliyyatına başlanılır.
  

Bura qədər olan bütün əməliyyatlar normal xalça təmizliyini həyata keçirən hər yuyucu vasitədə eynidir. Əhəmiyyətli olan hansı xalçanın hansı dərman vasitələrindən istifadə olunaraq təmizlənəcəyi, ləkənin necə olduğunun müəyyən edilməsini bilməkdir. Peşəkar yuyucular tərəfindən istifadə olunan orqanik maddələr xalçaların rənginin solmamasına, rənginin çıxmamasına və ya qarışmamasına səbəbdir.

Burada xalçanın təmizlənməsinin peşəkar qrup tərəfindən hazırlanmış orqanik dərmanlardan istifadə olunaraq hər xalçanın növünə əsasən müvafiq dərmandan istifadə etməsi ilə məlum olur. Təmizik zamanı ustalar xalçaların hansı hissəsinə nə qədər fırçalanmasını dəqiq həyata keçirərək zəruri halda maşının hərəkətini tənzimləyirlər. 


Bunun sayəsində bu xalça təmizləmə digər xalça yuyucularından fərqlənir. Təmizlik əməliyyatı başa çatan xalçalar sıxılma maşınında sıxıldıqdan sonra qurutma və ventilyasiya əməliyyatına keçilir. Daha sonra daranmadan keçirilir, ətirlənərək paketlənir və müştərinin ünvanına göndərilir. 

Xalçalar pulsuz servislə ünvanınızdan qəbz qarşılığında təhvil götürülür. Kreslo və yataq dəstlərinin təmizlənməsində istifadə olunan bir çox metod mövcud ikən, Biz Sulu Sistem olan Exrajtion sistemindən istifadə edirik. Bu sistemdə başlıja olaraq; kreslolarınızı güclü vakum maşını ilə tozdan təmizlənir, daha sonra kreslonun materialına əsasən hazırladığımız xüsusi şampunlarla materialın hər yeri köpüklənir. Köpüklənmiş kreslo fırçalanır. Mövcud olan ləkələr bu fırçalama sayəsində ortadan götürüldükdən sonra, parçada qalan şampun kreslo təmizləmə maşını sayəsində vakumlanarak təmizlənir və durulama əməliyyatı həyata keçirilir.

Daha sonra kresloda mövcud olan taxta və dəridən olan hissələr təmizlənərək parıldadılır. Evinizin və iş yerinizin havası təmizdirsə gün ərzində kreslolarınız istifadə üçün hazır vəziyyətdədir. 

BAKU.WS