SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 

"Apple" şirkəti indiyə qədər reklam dəstəyi ilə pulsuz təqdim etdiyi "iTunes Radio"nu artıq ödənişli edir.

 

BAKU.WS-in məlumatına görə, "Apple" şirkəti "iTunes Radio"da əhəmiyyətli dəyişikliklər reallaşdırmağa hazırlaşır. Şirkət sözügedən xidmətin istifadəçilərinə göndərdiyi e-poçtlarda "iTunes Radio"nun bundan sonra pulsuz olmayacağı qeyd edilib.


Yanvar ayının sonundan etibarən "iTunes Radio"nu istifadə etmək istəyənlər ödənişli "Apple Music" üzvlüyünə sahib olmalıdır. "iTunes" istifadəçilərinin pulsuz olaraq faydalana biləcəyi tək musiqi platforması isə "Beats 1" olacaq.


"Apple" tərəfindən məsələ ilə bağlı verilən rəsmi açıqlamada belə deyilir: "İstifadəçilər bir "Apple Music" üzvlüyü vasitəsilə "Apple" şirkətinin musiqi mütəxəssisləri tərəfindən yaradılan onlarla radio stansiyasında sərhədsiz mahnı dinləyə biləcək. "Apple Music" radio xidmətini də ehtiva edən üç aylıq pulsuz bir sınaq imkanı təqdim edir".


BAKU.WS