SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9, Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 15-də arabir yağış yağacağı bildirilir. Dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda 0-5 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
 
BAKU.WS