SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı idmançı Pərviz Abdullayev "Survivor 2020" yarışmasında rəqibi ilə dalaşıb.

BAKU.WS xəbər verir ki, "TV8" kanalında yayımlanan yarışma proqramında idmançı Pərviz Abdullayev Burak adlı iştirakçı ilə kəllə-kəlləyə gəlib.

"Survivor 2020"nin növbəti buraxılışının anonsunda həmin kadrlar təqdim olunub.

Qum üzərində mini basketbol oyununda iki iştirakçı toqquşub. Daha sonra onlar bir-birinə etiraz edib.

Bu gün növbəti buraxılışda "Məşhurlar" və "Könüllülər" arasında baş tutan gərgin mübarizənin şahidi olacaqsınız. 

BAKU.WS
VİDEO