SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, paytaxt və yarımadanın bəzi yerlərində duman olacağı ehtimalı var. Şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-18 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.
 
BAKU.WS