SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Martın 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq.
 
Martın 1-də Azərbaycanın rayonlarında hava şəraitinuin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Böyük Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
 
BAKU.WS