VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda və Abşeron yarımadasında fevralın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah paytaxtda mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında fevralın 9-da bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı var. Gündüz hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcə şaxtadan 5 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. 
 
BAKU.WS