SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Yaponlar yeni smartfonlar icad ediblər.

BAKU.WS
-in məlumatına görə, həmin mobil telefonlar digərlərindən bir neçə funksiyasına görə fərqlənir. Yaponiyalı mütəxəssislər bu telefona şişirdilə bilən hava yastığı qoyublar. Bunun nəticəsində mobil telefonu suda da istifadə etmək mümkündür.

Bu telefonlardan hamamda çimərkən, duş qəbul edərkən, eləcə də dənizdə olarkən rahat şəkildə istifadə etmək imkanı olacaq. Bundan əlavə, yeni mobil telefonların ən böyük yeniliyi onların hündürlükdən düşərkən sınmamasıdır. Mobil telefon hətta neçə yüz metr hündürlükdən düşsə belə qırılmır. Çünki telefon hündürlükdən düşərkən hava yastığı açılır və ilk baxışdan paraşütü xatırladır.

Bundan başqa, telefonun hava yastığını balış kimi də istifadə etmək mümkündür. Bu da istifadəçinin rahatlığı üçün nəzərdə tutulub.

 

BAKU.WS