SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Məşhur Argentina teleserialı "Vəhşi mələk"in ulduzu, müğənni-aktrisa Nataliya Oreiro geyim kolleksiyasını təqdim edib. 
 
BAKU.WS məlumat verir ki,  "Las Oreiro" adlanan geyim markasını müğənni bacısı Adriana ilə birlikdə yaradıb və işləyir. Aktrisa markanın yeni payız-qış kolleksiyasını "Matrioşka" adlandırıb. Nataliya bildirib ki, yeni kolleksiyada rus xarakterini yaratmaq istəyib və bunu rus fanatlarına həsr edib. 
 
Yeni kolleksiyanın reklam çəkilişində aktrisa özü də iştirak edib. 

Qeyd edək ki, aktrisa Rusiyaya tez-tez səfər edir. Müğənni Rusiyanı sevdiyini açıqlamalarında da bildirib.
 
BAKU.WS