SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Avstraliyada killer tutaraq arvadını öldürən və yas mərasimi təşkil edən adamın arzusu ürəyində qalıb.
 
BAKU.WS məlumat verir ki, Avstraliyanın Melburn şəhərində yaşayan Kalala həyat yoldaşı Rukundonu öldürmək üçün killer tutub. Killerlər qadınını qaçıraraq başqa şəhərə aparıblar. Lakin öldürməyiblər. Kişiyə həyat yoldaşını öldürdüklərini xəbər etdikdən sonra Kalala Rukundonun ölüm xəbərini kəndə yayıb. Arvadı üçün yas mərasimi də təşkil edib.
 
Yas mərasiminə gələn həyat yoldaşını gördükdə isə gözlərinə inana bilməyib. Tutduğu əməldən peşman olan Kalala onu bağışlamasını istəsə də qadın ərini bağışlamayıb. Dərhal polisə xəbər verən qadın "bu ona böyük dərs olar" deyib. Kalala "Cinayətə sövqetmə" maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 
 
BAKU.WS