13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


17 yaşlı gürcü qızı Tako Natsvlişvili məşhur Armani firmasının yeni siması seçilib.

BAKU.WS məlumat verir ki, gənc model məşhur brendin 2016 yaz-yay kolleksiyasının siması olub. Bu haqda model özü facebook hesabında məlumat verib:
 
"Böyük sevinclə elan edirəm ki, mən Armaninin yeni üzüyəm. Nəhayət ki! Arzularım reallaşır".

Qeyd edilir ki, Natsvlişvilinin anası Gürcüstanda fəaliyyət göstərən Look Models model agentliyinin sahibidir. Tako bundan əvvəl də, Versace, Christian Dior, Dolce & Gabbana, Yohji Yamamoto kimi brendlərin geyimlərini nümayiş etdirib. Model 2015-ci ildə Parisdə təşkil olunan moda həftəsində iştirak edib.
 
BAKU.WS