SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyada insanlar maşınlarını qışın sərt soyuğundan qorumaq üçün yeni unikal üsulu tapıblar.
 
BAKU.WS-in məlumatına görə, Moskva sakinləri avtomobillərinin üzərinə taxta lövhələr düzüblər. Binalardan düşən buz parçalarından və qardan ehtiyyat edən paytaxt sakinləri bu yolla avtomobillərini qoruya biləcəklərini güman edirlər. 
 
Qeyd etməyə dəyər ki, adətən maşını belə hadisələrdən qorumaq üçün qalın döşəklərdən və ya xüsusi nazik örtükdən istifadə edilir. 
 
Sosial şəbəkələrdə yayılan görüntülərdə "Toyoto" markalı avtomobilin üzərinin necə örtüldüyü görünür. 
 
BAKU.WS