055 213 76 73
“Bəzi insanların foto, video və digər faylları yükələyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa hər şeyi zamanda normal halına qaytarmaq üçün çalışırıq”.
19:13
"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.
BAKU.WS-in məlumatına görə, ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Almaniya, Danimarka, Macarıstan, Yunanıstan, Kanada və Rusiyada istifadəçilər çətinliklərlə üzləşiblər. Azərbaycan istifadəçiləri də problemlə üzləşib.
Bundan başqa, "WhatsApp" və Facebook-da səs fayllarının və fotoşəkillərin göndərilməsi zamanı qüsurlar da qeydə alınır.
Qeyd edək ki, “WhatsApp” istifadəçilərinin təxminən 91% -i serverə qoşulma, 6% -i saytla bağlı problemlər, 1% -i avtorizasiya haqqında şikayət edib.
“İnstagram” istifadəçilərinin 83%-i “download” problemlərindən şikayətlənirsə, girişlə bağlı 9%, veb saytına girişlə əlaqədar isə 7% əziyyət çəkib.
“Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkir, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17%-dir.
BAKU.WS