SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gündür ölkə ərazisində isti hava şəraiti hökm sürür.

BAKU.WS xəbər verir ki, hidremetereoloqlar istilərin davam edəcəyi bildirirlər.

Məsələ ilə bağlı Xəzər TV reportaj hazırlayıb. Reportajda bildirilib ki, hətta bəzi bölgələrdə havanın temperaturu40 dərəcəyə yüksələcək.

Sabah Azərbaycanın bəzi ərazilərində 40 dərəcə isti müşahidə olunacaq.

Bir neçə gündür müşahidə olunanisti hava şəraiti ölkə ərazisində davam edəcək. Ekologiya və təbii sərvətlər nazirliyi milli hidrometeorologiya departamentinin baş hidroloqu Asif Verdiyev iyunun 25-26-da Azərbaycanda gözlənilən hava şəraitiniaçıqlayıb.

Havanın temperaturu Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti təşkil edəcək. Bəzi bölgələrdə isətemperaturun 40 dərəcə olacağı bildirilir.

Müşahidə olunan isti hava şəraiti əksər insanlar üçün əlverişsiz, meteohəssas ınsanlar üçün isə riskli hesab olunduğundan, gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

BAKU.WS