Avropa Liqasının final matçı üçün Bakıda Daxili Qoşunların süvari hissələri səfərbər olub.

BAKU.WS xəbər verir ki, süvarilər şəhərin mərkəzi küçələrində turistlərin marağına səbəb olub. Turistlər və şəhər sakinləri onlarla şəkil də çəkdirib. 

Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” klubları arasında keçiriləcək matç Bakının Olimpiya Stadionunda bu gün yerli vaxtla 23:00-da başlayacaq.

Azərbaycan DİN bundan əvvəl final matçı ilə əlaqədar hüquq-mühafizə orqanları əməkdaşlarının mayın 31-nə kimi gücləndirilmiş iş rejimində işləyəcəyini bildirmişdi.

Lalə Ramizqızı

BAKU.WS


VİDEO

QALEREYA