SİZİN REKLAM BURADA!
055 213 76 73


Əllərimizin üstündə və ovuclarımızda talehimizi də özündə əks etdirir. Xiromantiyanın qədim Hindistanda yarandığı güman edilir. Bizim alın yazımız əslində alnımızda deyil, ovcumuzun içində yazılıb. Bəli, əllər insan talehinin, xarakterinin müəyyən edilməsində faktları ortaya qoyur. Xiromantiya ilə qədim Hindistanda qaraçı tayfaları məşğul olmuşdur. Xiromantiya daha çox qaraçılar, yəhudilər, yunanlar, romalılar arasında daha çox yayılmışdır. Xiromantiyanın Avropada vüsət alması 16-cı əsrə təsadüf edir.

Ümumiyyətlə xiromantiya insanlar tərəfindən birmənalı qarşılanmır. Bəziləri bunu elm kimi qəbul edir, bəzilər sadəcə xürafat kimi. Ancaq dünyanın müxtəlif ölkələrində xiromantiya ilə məşğul olan elm adamları var. İlk dəfə italiyalı alim, bioloq həkim Marçello Malpigi ovucda olan xətlər barədə qeydlər aparıb. Daha sonra müxtəlif alimlər xiromatiya ilə bağlı elmi araşdırmalar aparıb. Hindistanın Bombey şəhərində yerləşən Hindistan Beynəlxalq Universitetinin Xiromantiya fakültəsində və Kanadanın Monreal şəhərində Beynəlxalq xiromantiya akademiyasında xiromantiya bir elm kimi tədris olunur. Ancaq xiromantiya ilə hobbi kimi məşğul olanlar da var. 

BAKU.WS  Azərbaycanda xiromatiya ilə ciddi və peşəkar şəkildə məşğul olan yeganə mütəxəssiz Vahid Məcidovla müsahibəni təqdim edir:

- Vahid bəy, təxminən 20 ildir sizi efirlərdən xiromant kimi tanıyıram və Azərbaycanda tanıdığım yeganə xiromantsızınız. Bizdə bu sənəti öyrənməyə maraq yoxdurmu?

- Təəssüf edirəm, öyrənmək istəyən yoxdur. Olsaydı, mən bu elmin sirlərini öyrədərdim. Çünki xiromatiyanın insan taleyində rolu əvəzsizdir.

- Maraqlıdır, siz özünüz bu sənətə, elmə necə yiyələnmisiz?

- Yeniyetmə yaşlarımdan özüm də səbəbini bilmədən, xiro0matiya elminin mövcudluğundan məlumatım olmadan əlləri öyrənməyə marağım olub. Qəribədir, ilk dəfə kioksda əl şəkli satıldığını gördüm və aldım. Bu şəkli niyə aldığımı anlamırdım, sadəcə almaq istədim. Sonra təsadüfən tanış olduğum bir qoca kişi 1860-cı ildə yazılmış kitabı mənə verdi və dedi: "Bu kitabdan sən istifadə edə bilərsən". O kitab hələ də məndədir.
Əvvəlcə izahını bilmədiyim belə təsadüfi qəribə hadisələr dəfələrlə olub. Düzdür, mən təsadüflərə inanmıram. Həyatda heç nə təsadüfi deyil.

- Belə başa düşdüm xiromatiya elminin sirləri özünüz öyrənmisiz?

- Bəli. Mənim işlərimin sorağı Hindistana gedib çıxıb. Hətta məni oraya mühazirələrə dəvət etdilər. İngilis dilini bilmədiyimə görə gedə bilmədim.
Qaraçılar da əlin içinə baxaraq fal açırlar. Yəni xiromantdırlar. Onlar heç bir akademioyada oxumadan əllərdəki xətlərin sirlərini bilirlər.

Xiromatiya elminin kökü çox qədim zamanlara gedib çıxır. Hindistanda, Çində və bir çox dövlətlərdə dərin köklərə malikdir. Sonrakı dövrlərdə də inkişaf edib. Bir çox filosoflar, tanınmış tarixi insanlar bu elmlə maraqlanıblar. Hazırda Hindistanda və Kanadada Xiromatiya Akademiyaları vardır. Xiromatiya ilə yanaşı əbcəd elmi də vardır.

-  Numerologiyanı nəzərdə tutursuz?

-  Bəli. 

-  Numerolgiyanın xiromatiya ilə nə əlaqəsi var?

-  Bizim əlimizin içində müxtəlif formalarda işarələr var və bu işarələrin hər birinin öz açıqlaması var. Bu işarələr bizə həqiqətən də bir çox məlumatlar verir. Biz əlimizin forması da bizə xasiyyətimiz, psixoloji durumumuz, həvəslərimiz, bacarığımız, hətta irəlidə bizi gözləyən bəzi hadisələr barədə məlumatlar ötürür. Hətta bizə çıxış yolları da göstərir. Keçmişdə buraxdığımız səhvlər də əlimizdə izlər buraxır.

-  Maraqlıdır, səhvlər necə iz buraxa bilər?

-  Bu ilahidəndir, izah edə bilmirəm. O xətlər ilahi əlamətlərdir. Hətta “Bibliya”da deyilir ki, özünü və digərlərini tanımaq istəyirsənsə, əlinin içinə nəzər salmaq kifayətdir. Əlimizin içində xəbərdarlıq edən xətlər də var. Öz təcrübəmdə çoxsayda insanları bu xəbərdarlıqla məlumatlandırıb, neqativ hallardan, təhlükələrdən yan keçməyə kömək etmişəm. 

-  Bu bir öncəgörücülük deyilmi?

-  Biz sadəcə xətlərə görə məsləhət veririk. Əslində hər kəh həmin bu xətlərlə öz talehini idarə etməyi bacarmalıdır.

-  Yəni xətlərə görə düzgün qərar verərək taleyimizi dəyişə bilərik?  

-  Elədir ki, var. Xətlər sadəcə bizə tale yollarını göstərir. Mənə müraciət edənlərə düzgün qərar verməyə kömək edirəm. Misal üçün, bir pasiyentimə xərçəng diaqnozu qoyulmuşdu. Depressiv vəziyyətdə idi. Bir sözlə, yanıma gətirəndə psixoloji vəziyyəti bərbad idi. Mən onun əlinin xətlərində ağır xəstəlik görmədim. Mənim sözümdən sonra başqa ölkədə müayinə olundular və söylədiklərim təsdiq olundu. Belə misalları çox çəkə bilərəm. 

Vahid Məcidovla video-müsahibənin bir hissəsini aşağıda izləyə bilərsiz:

Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA