SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən "Baku Corner” öz alıcılarına yeni kolleksiyasını təqdim edib.

BAKU.WS-in buro247.az-a istinadən verdiyi məlumata görə, ölkəmizdə ilk dəfə xeyriyyə məqsədi ilə fəaliyyət göstərən ədalətli ticarət konsepsiyası - "Baku Corner"in yeni kolleksiyası Leyla Əliyevaya məxsus rəsm əsərlərinin əks olunduğu telefon üzlüklərindən ibarətdir.

13 noyabr 2015-ci il tarixindən etibarən ictimaiyyətin istifadəsinə təqdim edilmiş "Baku Corner"-in əsas məqsədi yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış əl işlərinin satışı üçün platforma yaratmaq və onları geniş ictimaiyyətə çatdırmaqdır. "Baku Corner" tərəfindən uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların çəkdiyi gözəl rəsm əsərləri də geniş kütləyə nümayiş olunur. Bu da onların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində xüsusi rola malikdir.

BAKU.WS Leyla Əliyevanın əl işlərini təqdim edir.