SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı, axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.
 
Yanvarın 9-da Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.
 
Yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi və Xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 
 
BAKU.WS