SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yanvarın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-4 isti, gündüz 7-12 isti, Bakıda gecə 2-4 isti, gündüz 8-10 dərəcə isti olacaq.
 
Yanvarın 8-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin axşam bəzi qərb rayonlarında sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 isti, dağlarda gecə 0-5 şaxta, yüksək dağlıq ərazilərdə 9-14 şaxta, gündüz 2-7 isti olacağı gözlənilir. 
 
BAKU.WS