SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Son zamanlar artıq çəkili modellərin sayı getdikcə artmaqdadır. Artıq qadınlar çəkilərinə görə kompleks yaşamır, bədənlərini nümayiş etdirməkdən çəkinmirlər.
 
BAKU.WS məlumat verir ki, sosial şəbəkələrin növbəti qəhrəmanı İskra Lourens də kök, amma ideal bədən qurluşu ilə məşhurlaşıb. İskarını məşhurlaşdıran digər özəlliyi isə fotolarını effektsiz paylaşmağıdır. Təbii görünüşü ilə diqqət çəkən 25 yaşlı modelin İnstaqramda 700 mindən çox izləyicisi var.
 
Artıq çəkilərinə görə bəzən tənqid olunsa da, gənc model bunlara qətiyyən fikir vermədiyini, ruhdan düşmədiyini bildirib. Onun sözlərinə görə, özünü belə daha xoşbəxt hiss edir. "Bir insan özünü necə xoşbəxt, rahat hiss edirsə elə qalmalıdır, onu hər hansısa bir müdaxilələr edərək dəyişməyə çalışmamalıdır". 
 
İskranı xarici görünüşünə görə fələstin əsilli model Qiqi Hadidə bənzədirlər. 
 
BAKU.WS