SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyədə Beynəlxalq Zurna Festivalı keçiriləcək.
 
BAKU.WS-in məlumatına görə, III dəfə təşkil ediləcək festivalda bir çox ölkədən zurnaçı qatılacaq. İştirak edən ölkələr arasında Azərbaycan və Ermənistanda da var.
 
Festivala Türkiyənin Muğla, Aydın, Manisa, Ərzurum, Kırklareli, Lüleburqaz, Trabzon, Kahramanmaraş, Qaziantep, Eskişehir, Kırşehir, Qars və Artvin kimi şəhərlərindən də iştirakçı qatılacaq.
 
Azərbaycan və Ermənistan zurnaçıları ilə yanaşı, festivalda Bolqarıstan və Yunanıstandan da zurnaçılar iştirak edəcək. Qeyd edək ki, 2 sentyabr tarixində başlayacaq festival 4 sentyabrda başa çatacaq. 
 
ŞAHİN Həbibov 
BAKU.WS