SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Polşada yaşayan azərbaycanlılar ölkəmizi tanıtmaq üçün maraqlı addım atıblar.
 
BAKU.WS-in məlumatına görə, gənc soydaşlarımız "PlAzeTV" layihəsi çərçivəsində Polşanın paytaxtı Varşavada sorğu keçiriblər. Polşalılara Bakının fotosunu göstərən gənclər şəkildəki şəhərin adını və hansı ölkədə yerləşdiyini soruşublar. 
 
Sorğuya polşalı vətəndaşlar tərəfindən müxtəlif cavablar verilib. Bəziləri hətta Bakını Banqkoka, İstanbula bənzədiblər. Ancaq doğma paytaxtımız haqqında kifayət qədər məlumatı olanlar da az deyil. 

Azərbaycanlı gənclərin bu layihəni həyata keçirməkdə əsas məqsədi ölkəmiz və şəhərimizin təbliğatını aparmaq, turizm sektoruna dəstək olmaqdan ibarət olub. 
 
Şahin Həbibov
BAKU.WS