055 213 76 73
BAKU.WS 30 dekabr tarixinin qoroskopunu təqdim edir:
Qoç - işlərinizə mane olan bədxahlara qarşı tədbirli olun. Bu təqvimdə həmkarlarınıza da çox bel bağlamayın. Əgər bu gün işləməsəniz, mənfi çalarlı heç bir hadisə baş verməyəcək.
Buğa - yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi neytral şəkildə ötürəsiniz. Hansısa qeyri-adiliklərə, risklərə getməyin. Sağlamlığınıza isə xüsusi diqqət yetirin. Sövdələşmələrdən yayının.
Əkizlər - ümumi ovqatınızda müəyyən natarazlıq olsa da, bunun səbəbi insanlardan yox, təbiətin pozulmuş ahəngindən irəli gəlir. Buna baxmayaraq, ulduzlar perspektivli təkliflər alacağınızı göstərir.
Xərçəng - ailə-sevgi münasibətlərinə həssas yanaşsanız, qarşınızı kəsən digər maneələri asanlıqla dəf etmək imkanı qazanacaqsınız. Şəxsi büdcənizi mənasız məsrəflərə xərcləməyin.
Şir - astroloji göstəricilər soyuqdəymə halları ilə rastlaşacağınıza işarə edir. Qalın geyinməklə bahəm, qida və yuxu rejiminə də fikir verməlisiniz. İndi "hakim" bürc olduğunuzu unutmayın.
Qız - bayram ovqatlı bu gözəl təqvim sizin üçün ən düşərli ərəfə olacaq. Narahat olmağa heç bir səbəb yoxdur. İstənilən sövdələşmədə iştirakınız uğurlu olacaq. Uzaq səfərə çıxmağa dəyər.
Tərəzi - daxili sıxıntılarınıza biganə yanaşmayan Göy qübbəsi bu təqvimdə qayğınıza qalacaq. Sizsə öz növbənizdə başqalarının işinə qarışmamalı, yalnız öz problemlərinizlə məşğul olmalısınız.
Əqrəb - yeni il yaxınlaşdıqca öhdəlikləriniz də artmaqdadır. Ətrafınızda olanlara biganə yanaşmayın. Sizə ehtiyac duyanlara mərhəmət göstərin. Şəxsi işlərinizdə dönüş gözlənilir.
Oxatan - gərgin bir gün yaşaya bilərsiniz. Orqanizminizdə baş qaldıran nasazlıq və qarşılıqlı münasibətlərdə gərginlik sizi yora bilər. Nəzərə alın ki, saat 15:55-dən mənfi enerjili Ay bürcünüzdə olacaq.
Oğlaq - ailədaxili məsələlərə təmkinlə yanaşsanız, mənfi enerjili qüvvələr sizi yoldan döndərə bilməyəcək. Bugünkü təqvimdə maddi rifah halınızın yüksələcəyinə də inam bəsləyin.
Dolça - ən düşərli zaman kəsiyindən məhz siz keçəcəksiniz. Sevindirici xəbərlər, perspektivli təkliflər ovqatınıza müsbət təsir göstərəcək. Sevgi amili isə daha ön plana çəkiləcək.
Balıqlar - özünüz şərait yaratmasanız, kimsə işlərinizə müdaxilə etməyəcək. Pulla bağlı sövdələşmə və planların heç birini təxirə salmayın. Axşama doğru maraqlı insanlarla görüşəcəyiniz də mümkündür.
BAKU.WS