SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS
25 dekabr tarixinin qoroskopunu təqdim edir:


Qoç - ailə zəminində müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Ailə-sevgi münasibətlərindəki passivliyi də aradan qaldırın.

Buğa - sürprizlər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə durmamalısınız. Evə bir qədər gec getsəniz də olar. Əsas məsələ planlarınızı həyata keçirməkdir. Bəxtinizdə pul da var.

Əkizlər - ulduzların düzümü maliyyə imkanlarınızın genişlənəcəyindən xəbər verir. Varlanmaq üçün xeyli şanslarınız var. Amma gün ərzində mənfi yüklü Ayın bürcünüzdə olmasını da unutmamalısınız.

Xərçəng - iştirakçısı olduğunuz proseslərə ciddi yanaşsanız, gün ərzində nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətinə qovuşacaqsınız. Bu gün ulduzlar sizə ciddi məbləğdə pul da vəd edir.

Şir - ümumi məziyyətlərinə görə, səmərəli gün hesab etmək olar. Ötən günlərin yorğunluğunu nəzərə alıb yaxşıca dincəlin. Çalışın ki, əsas vaxtınızı doğmalarınızla birlikdə keçirəsiniz.

Qız - ulduzlar səmərəli bir gün yaşayacağınızı bildirir. Gün ərzində hər hansı qanqaraçılığı gözlənilmir. Qərarlarınızda qətiyyətli olsanız, çox sahələrdə bəxtiniz də gətirəcək.

Tərəzi - astroloji göstəricilər bu təqvimdə maraqlı səfərlərə çıxacağınızdan xəbər verir. Əgər planınızda belə bir şey varsa, reallaşdırın. Yeni simalarla üzləşməniz çox əhəmiyyətlidir.

Əqrəb - olduqca təzadlı gündür. Ünsiyyətdə olduğunuz adamlar sizi çaşdıra bilər. Perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar sizi müdafiə etməkdədir.

Oxatan - səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək. Amma sağlamlığınızı da gözdən qoymayın.

Oğlaq - daxili sabitliyinizi qoruyun. Əks təqdirdə müttəfiqləriniz sizdən uzaqlaşa bilər. Çalışın ki, hər bir davranışda səmimi və təbii olasınız. Yalan vədlər verməkdən uzaq olun.

Dolça - müəyyən təsirlərə məruz qalacağınız gözlənilir. Bunun qarşısını almaq üçün riskli sövdələşmələrdən uzaq durmalısınız. Ümumiyyətlə, bu gün ağlınız kəsməyən işlərə baş qoşmamalısınız.

Balıqlar - ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik üzərində qurun. Maddi problemlərinizin aradan qalxacağına nikbin baxın. İnsanlara inamsız yanaşmayın.

BAKU.WS