SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS 7 noyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - sevdiyiniz şəxslə aranızdakı münasibətlər daha da yaxşılaşacaq. Ən ülvi və qeyri-adi arzularınızı həyata keçirə bilərsiniz.

Buğa - bəzi ailə problemləri kefinizə soğan doğraya bilər. Səbrli olun, ürəyinizin səsinə qulaq asın. Hər bir hadisədə məntiqinizə arxalanmağa çalışın.

Əkizlər - günün birinci yarısı enerji və müsbət emosiyalarla zəngin olacaq. Axşama yaxın isə özünüzü yaxşı hiss etməyəcəksiniz. Sevdiyiniz şəxsdən ayrılmağınız məsləhət deyil.

Xərçəng - həllini gözləyən problemləri növbəti günə saxlamayın. Gün iş görüşləri və nikah bağlamaq üçün əlverişlidir. Səhhətinizə fikir verin.

Şir - riskli işlər bu gün fayda gətirməyəcək. Zəif iradəli şəxsləri tərəfdşaları ilə problemlər, maddi sıxıntılar və səhhətlərinin pisləşməsi gözləyir.

Qız - gün yeni işləri planlaşdırmaq üçün uyğundur. Rəhbərlikdən təkliflər, mükafat ala bilərsiniz. Yaradıcı insanlara ilham pərisi gələcək.

Tərəzi - işdə maaşınızı artırmağı xahiş etməzdən əvvəl əllərinizi çırmalayıb işləmək və buna layiq olduğunuzu göstərmək lazımdır. Əks cinsin nümayəndəsi ilə ciddi münasibət qura bilərsiniz. Ailəli tərəzilər təbiət qoynunda istirahət etməyə yollana bilərlər.

Əqrəb - pis vərdişlərdən qurtulmağa çalışın. Ulduzlar günün birinci yarısında qeyri-adi hansısa addımı atmamağı tövsiyə edir. Əks təqdirdə uğurlardan uzaq düşəcəksiniz.

Oxatan - Qarşılıqlı ünsiyyətdə olduğunuz hər kəslə ciddi davranın. Enerjinizi dedi-qodu və ya cəfəng söhbətlərə itirməyin. Doğma ünvanlara gedib istirahət etmək indi sizə çox lazımdır.

Oğlaq - maraqlı bir təqvim yaşayacağınız güman olunur. Əgər şərait olsa, işlə az məşğul olun. İşdən kənarda daha çox uğurlarınız mümkündür. Bu gün ziyarətgaha getməyiniz yaxşı olar.

Dolça
- qarşınızı kəsən maneələri dəf etmək üçün imkan qazanacaqsınız. Üstəlik, sevgi aləmində sürprizlərlə rastlaşacaqsınız. Səfərə çıxmaq, işgüzar söhbətlər aparmaq isə məsləhət görülmür.

Balıqlar - təəssüf ki, Göy qübbəsi ixtiyarınızda olan bu təqvimin mübahisəli keçəcəyini bəyan edir. Ələlxüsus da saat 14-17 aralığı əhvalınız pozula bilər. Özünüzü ələ alıb neytral mövqe tutun.

BAKU.WS