SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS
26 dekabr tarixinin qoroskopunu təqdim edir: 


Qoç - göy qübbəsi varlanma ehtimalınızın yüksək olduğunu bəyan edir. Bu səbəbdən də ümid bağladığınız bütün istiqamətlərə baş vurun ki, kisəniz boş qalmasın. Yeni görüşlərdən yayınmayın.

Buğa
- səhhətinizi qorumağı bacarsanız, ulduzlar sizi əməlli-başlı sevindirəcək. Saat 13-15 arası maraqlı bir təklif alacağınız gözlənilir. Çalışın ki, imtina etməyəsiniz.

Əkizlər - ailə üzvlərinizlə, xüsusən də sevdiyiniz adamla münasibətləri qaydasına salmaq istəyirsinizsə, güzəştə gedin. Unutmayın ki, həmişə kəsə yolla getmək olmur. Axşamsa qonaq gedin.

Xərçəng - hər ehtimala qarşı emosiyalarınızı cilovlamalısınız. Əsas enerjini biznesə həsr edin. Çünki büdcənizi artırmaq və sövdələşmələr aparmaq üçün olduqca düşərli gündür. 

Şir - yaxşı olar ki, ağır fiziki işlərə, ümumiyyətlə, fəaliyyətə ara verəsiniz. Əsas diqqətinizi istirahətə və gəzintilərə həsr edin. Xəstə qohumlarınıza mütləq baş çəkin. Axşama doğru nəqliyyatda diqqətli olun.

Qız - sağlamlığınıza fikir verin. Ulduzların düzümü fiziki xəsarətlər alacağınızı da istisna etmir. Tanış olmayan ünvanlara getməyin. Axşama yaxın sevindirici hadisələrin şahidi olacaqsınız.

Tərəzi - mübahisəli bir təqvim yaşayacaqsınız. Təmkininizi qoruya bilməsəniz, ciddi münaqişələrə də cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ailədə emosional çıxışlara son qoyun.

Əqrəb - səhər saatlarında müəyyən gərginliklə üzləşmə ehtimalınız olsa da, sonrakı müddəti uğurlu keçirəcəksiniz. Yeni təkliflər alacağınız da mümkündür. Bir sözlə, sürprizlərə hazır olun.

Oxatan - ümumi gərginliyiniz kifayət qədər səngiyəcək. Ünsiyyətdə olduğunuz insanlarla, ələlxüsus da həmkarlarınızla davranışlarda mülayim olun. Perspektivli təkliflər ala bilərsiniz.

Oğlaq - yeni xəbərlər yolunuzu gözləyir. Bütün astroloji göstəricilər nahardan sonra ağlınıza gətirmədiyiniz adamların sizə sürpriz vəd edəcəyini xəbər verir. Görüşləri təxirə salmayın.

Dolça - nəzərə alın ki, ortalığa pulla bağlı problemləriniz çıxa bilər. Bu səbəbdən də adı çəkilən mövzuya kifayət qədər həssas yanaşmalısınız. Ciddi sövdələşmələrdə iştirakdan yayının. 

Balıqlar - hər mənada uğurlu gündür, bir şərtlə ki, əsəblərinizi cilovlaya biləsiniz. Yalnız xeyirli şeylər arzulayın ki, sizə də xeyir gəlsin. Fəaliyyətdə uğurlarınız arta bilər.

BAKU.WS