SİZİN REKLAM BURADA!
055 213 76 73



“Nargis fund”un təşkilatçılığı ilə Bakıda ənənəvi "Soyuq əllər, isti ürək" yarmarkası keçirilməkdədir. 6-cı dəfə təşkil olunan xeyriyyə yarmarkası həm şəhər sakinlərinin, həm də ölkəmizə gələn turistlərimizin böyük marağına səbəb olub.

Məlumat üçün bildirək ki, yarmarka məhz xeyriyyə məqsədi ilə təşkil olunub. Belə ki, buradan toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatlarına sərf olunacaq.

BAKU.WS olaraq yarmarka ziyarətçiləri arasında sorğu keçirdik və onların "Soyuq əllər, isti ürək" haqda nə qədər məlumatlı olduqlarını öyrənməyə çalışdıq.

Şəhər sakinləri fərqli cavablar səsləndirdi. Kimi xeyriyyə yarmarkasında artıq alış-veriş etdiyini, kimi isə "fast food" vasitəsi ilə yardım etmək istəmədiyini qeyd etdi.  

Hüseyn Məmmədsalahov
BAKU.WS