SİZİN REKLAM BURADA!
055 213 76 73



İnsanların damaq dadları müxtəlifdir. Bu dadı formalaşdıran amillər insanda bir qidaya daimi sadiqlik yaratdığı kimi, məhz həmin məhsuldan uzaqlaşdıra da bilər. İnsanların damaq dadlarına fokuslanan şirkətlər eyni zamanda onların göz zövqlərinə də təsir etməkdə maraqlıdırlar.

Məhsulun rənginin, formasının və hətta çeşidlərinin satış göstəricilərinə təsir etdiyini bildirən psixoloq Murad İsayevin sözlərinə görə, insanlar yenilikləri sevsələr də uzun illərdir adət etdikləri və təhlükəsizliyinə əmin olduqları dadlardan tamamilə uzaqlaşmaq istəmirlər:

“Bəzən brendlər istehlakçı seçimini riskə atmamaq üçün bazara gətirdikləri yeni çeşidlərdə də ənənəvi məhsula aid müəyyən bənzərlikləri qoruyub saxlamağa çalışırlar. Bunu insanların adət etdikləri məhsulu xatırlaması, istehlakçının güvəndiyi dadın eyni qaldığını, sadəcə cuzi dəyişiklik olunduğunu göstərmək üçün edirlər. Çoxillik brendlər də yeni çeşid yaratdıqda incə formada etməyə çalışırlar ki, insanlar bunu adət olunmuş məhsulun ardı kimi qəbul etsinlər”.

Marketoloq Elşən Məhərov isə şirkətlərin adətən bazarda daha böyük paya sahib olmaq və auditoriyanın maraqlarını qarşılamaq üçün yeni çeşidlərin istehsalına başladığını bildirir. Müsahibimiz əlavə edir ki, bu üsulla müxtəlif seqmentlərə, damaq dadlarına və zövqlərə xitab edərək, istehlakçı saylarını artırırlar:

“Yeni məhsul istehsal etmək qərarına gəldikdə əvvəlcə bazar araşdırması aparılmalıdır. Bazar konservativdirsə, yeni çeşidlərin istehsalı effektli olmur. Yeni çeşidlər və formalar ixracatçının satış həyata keçirmək istədiyi bazarın tələblərinə, istehlak davranışlarına uyğun olmalıdır. Azərbaycanın istehlak bazarı isə yeniliyə açıqdır. Bizim əhali yeni dadlara maraq göstərir ancaq, yerli şirkətlər isə əksinə, yeni çeşidlərin istehsalına konservativ yanaşır və bazarın böyüməsinə müsbət baxmırlar”.

Hazırda marketlərdə müxtəlif çeşidlərinə rast gəldiyimiz əsas məhsullardan birinin də enerji içkiləri olduğunu rahatlıqla deyə bilərik. 2000-ci illərin sonlarından etibarən bazara daxil olan və gənclərlə yanaşı, orta yaşlı insanların da rəğbətini qazanan enerji içkiləri gündəlik olaraq iş fəaliyyətini optimallaşdırmaq və gümrah olmaq üçün istifadə olunur. Bəs görəsən, istehlakçı auditoriyasının genişliyi ilə seçilən enerji içkiləri bazarında vəziyyət necədir?

Bu məsələ ilə bağlı Azərbaycan enerji içkisi bazarının 50%-dən çoxunu əhatə edən və ölkəmizdə böyük rəğbətlə qarşılanan “HELL ENERGY” içkisinin mövqeyini öyrəndik. İstehsal olunan məhsulların bütün qanunvericilik tələblərinə və standartlara cavab verdiyini qeyd edən “HELL ENERGY” nümayəndəsi, ümumi olaraq “HELL”in 9 çeşidinin olduğunu bildirdi:

““HELL ENERGY” istehlakçıların müxtəlif dadlara olan tələbatını nəzərə alaraq, mütəmadi olaraq fərqli çeşidlərdə enerji içkiləri istehsal edir. Hər kəsin sevimlisi olan “HELL Classic” ilə yanaşı, müxtəlif meyvə dadlarını sevən istehlakçılarımız üçün “HELL Cherry”, “HELL Multivitamin”, “HELL Red Grape”, “HELL Pear” kimi çeşidlərimiz var. Şəkər qəbulunu azaltmış və ya şəkərdən tamamilə imtina etmiş istifadəçilərimizə “HELL Zero” yəni, şəkərsiz enerji içkisi növünü təqdim edirik. Zehni fəaliyyətlə məşğul olan istifadəçilərimiz üçün isə “HELL STRONG FOCUS” əvəzedilməz seçimdir”.
Müxtəlif çeşidləri ilə hər zövqdə auditoriyaya xitab etdiklərini qeyd edən “HELL ENERGY” nümayəndəsi, yaxın gələcəkdə də həm qlobal, həm də Azərbaycan üçün fərqli dadlarda enerji içkisi istehsalını davam etdirəcəklərini əlavə etdi.

BAKU.WS