VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

BAKU.WS bu günün ulduz falını təqdim edir:

 

Qoç - Bu gün uzunmüddətli planlar qurmaq yaxşıdır. Ola bilər, onların hamısı reallaşmasın. Amma siz düşündüyünüz və niyyətlərinizi müzakirə etdiyiniz vaxtda beyninizə əlavə maraqlı ideyalar da gələcək. Borcu olan qoçlar üçün borclarını qaytarmaq üçün yaxşı imkanlar yaranacaq. Əsasən də, krediti olanların borclarını verməsinə fürsət yaranacaq.

Buğa - Bu gün sizin üçün olduqca uğurlu keçəcək. Siz nəinki iş həftəsi ərzində başladığınız işləri başa çatdıracaq, hətta çox əyləncəli və prespektivli yeni layihə üzərində işə başlayacaqsınız. Sövdələşmələrə getmək, iş təklifləri qəbul etmək olar: tale qarşınızda uğura yeni yol açır.

Əkizlər - Tikinti işlərinə başlamaq, ölkədə və ya xaricdə daşınmaz əmlak almaq üçün münasib gündür. Bütün "hə" və "yox"ları götür-qoy etsəniz, bu gün əldə edilən sövdələşmələr faydalı olacaq.İlk növbədə, şəxsi həyatda xoşbəxtliyə can atanlar üçün bu gün bir qədər pis olacaq. Bu sahədə uğur əldə etmək çətindir. Ailədə fikir ayrılıqları mümkündür.

Xərçəng - Günün birinci yarısı iş üçün münasibdir. Siz enerjili və işgüzarsınız, köməkçi və müttəfiqləri çox asanlıqla tapırsınız. Bu gün öhdəsindən gələ bilməyəcəyiniz tapşırıq yoxdur. İşgüzar danışıqlara xüsusi toxunmaq lazımdır: onlar sizin üçün çox uğurlu keçəcək, öz şərtlərinizi diqtə edə biləcəksiniz.

Şir - Sizi çətin gün gözləyir. Bu gün yolunuzda keçilməz sədlər yaranacaq. Şəraitin öhdəsindən təkbaşına gəlmək səyləri nəticə verməyəcək, köməyə çağırmağa isə heç kim olmayacaq. Riskli və təhlükəli heç bir addım atmayın, geri çəkilmək üçün yol qoymağa çalışın. Rəhbərliklə fikir ayrılıqlarından qaçmaq çox vacibdir. Onlar karyera yüksəlişinizə mane ola bilərlər.

Qız - Diqqət cəmləşdirməyi tələb etməyən müşğuliyyətlər üçün pis gün deyil. Əgər iş masanızın üstündə kağızların yerini dəyişdirmək üçün bir neçə saat ayıra bilsəniz, məhz bununla məşğul olun. Həm artıq yükdən qaçın, həm də fikirlərinizi qaydasına salın. İşlə bağlı yeni ideyalar axşama doğru yaranacaq. Amma onlar sizə göründüyü qədər də yaxşı olmayacaq.

Tərəzi - Gün ən azı öhdəsindən gəlməyin mümkün olmadığı çətinliklərin yaranmaması ilə sevindirəcək. Dərhal cavab tələb edən çətin suallarla qarşılaşmayacaqsınız. Nəinki köhnə işləri başa çatdırmaq, həm də yeni layihələrə başlamaq mümkün olacaq. Unutmayın: işdə yalnız o adamlara güvənə bilərsiniz ki, onlar artıq dəfələrlə sizə yardım ediblər.

Əqrəb - Yaxınınız həvəslə sizin həm çətinliklərinizi, həm də sevincinizi bölüşəcək. Şəxsi problemlər gözlədiyinizdən də asanlıqla həll olunacaq. Çox şeyə aydınlıq gələcək, xeyli vaxtdır sizi narahat edən sualların cavabını tapmaq şansı var.

Oxatan - Həmkarlarınız və rəhbərliklə yola getmək asan olacaq, bir çox peşə problemləri gözlədiyinizdən tez yoluna qoyulacaq. Köhnə işgüzar müttəfiqinizlə fikir ayrılıqlarını aradan qaldırmaq və əməkdaşlığı sizin üçün daha əlverişli şərtlərlə bərpa etmək şansı var. Eksperimentlər, gücünüzü tamamilə yeni sahələrdə sınamaq məsləhət deyil. Gün şifahi imtahanlar və müsahibələr üçün əlverişli deyil.

Oğlaq - Yalnız xırda xoşagəlməzliklər və gözlənilməz təsadüflər ola bilər. Ən əsası, gün istədiyiniz kimi keçməsə belə, əl-qolunuzu soyutmamaqdır. Bu gün həyasızlıq yox, inadkarlıq nəticə verəcək.

Dolça - Əla gündür. Sizi uğurlar, qələbələr, maraqlı görüşlər və ola bilsin, başgicəlləndirici romanlar gözləyir. Günün birinci yarısı imicinizdə eksperimentlər üçün münasibdir. Nahara yaxın isə yəqin ki, sizin yeni görkəminizin unudulmaz təəssürat yaradacağı adamla qarşılaşacaqsınız.
 
Balıqlar - Mənfi tendensiyalar geri çəkilir, rahat nəfər ala bilərsiniz. Ehtiyatlı hərəkət etsəniz, hətta ən cəsur planı da həyata keçirə bilərsiniz. Bu plan sizin karyera pilləkəninizdə daha bir pillə olacaq. Təmaslarda tələbkarlıq çox vacibdir. Bu, həm işgüzar, həm də şəxsi münasibətlərə aiddir. İnandığınız adamlar - vicdansız köməkçilər, sədaqətsiz müttəfiqlər və ikiüzlü bədxahlar üzündən problemlər yarana bilər.

BAKU.WS