BAKU.WS
13 noyabr tarixinin qoroskopunu təqdim edir:


Qoç - yeni işlərə başlamaq üçün uğurlu gündür. Yaxşı xəbər alacaqsınız. Səhhətinizə fikir verin. Alkoqollu içkilər qəbul etməmək məsləhət görürülür.

Buğa - səyahət etmək, fiziki iş görmək üçün əlverişli gündür. Bu gün başlanılan istənilən iş uğurlu olacaq. Yeni tanışlıqlar gözlənilir.

Əkizlər - maddi çətinliklər yaşayacaqsınız. 100 ölçüb, 1 biçin. Alış-veriş zamanı diqqətli olun. Xoş münasibətdə olmadığınız insanlardan uzaq durun.

Xərçəng - işgüzarlığınız rəhbərliyin diqqətini cəlb edəcək. Karyeranızda yüksəlişlər gözlənilir. Xoş xəbərlər alacaqsınız.

Şir - komanda işləri üçün uyğun vaxtdır. İş görüşlərində diqqətli olun. Tərəfdaşlarınız sizi aldada bilər. Günün ikinci yarısında istirahət edin.

Qız
- uğurlu gündür. İstənilən işə başlaya bilərsiniz. Əks cinsin nümayəndələrinin diqqətini cəlb edəcəksiniz. Sevgi münasibətlərinizdə yeniliklər gözlənilir.

Tərəzi
- bacardığınız qədər yeni tanışlıqlardan yan qaçın. Səhhətinizdə ciddi problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlarla təmaslarda arqessiv davranmayın.

Əqrəb - günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla və qohumlarınızla münasibətlərdə gərginlik yarana bilər. Yaşlı qohumların, ailə üzvlərinin dediklərini dinləyin. Məsləhətləri qulaqardına vurmayın.

Oxatan
- oxşar maraqlar, məqsədlər və planlarınız olan insanlarla bir araya gəlmək pis olmaz. Gün sakit deyil, əhvalınız dəyişə bilər. Olayların axarı təmasda olduğunuz insanlar və gördüyünüz işlərdən asılıdır.

Oğlaq - səhər saatlarından etibarən tələskənlik etməyin. Bəzi məsələlərin çözülməsində gözləmə mövqeyi tutmaq daha əfzəldir. Ətrafınızdakı şəraiti tam anlamırsınızsa, mühüm işlərin reallaşdırılmasına başlamayın.

Dolça - güclü və zəif yönlərinizi müəyyənləşdirin. Şəxsi münasibətlərdə sizi narahat edən, çoxdan bəri çözüm yolunu aradığınız maneəni aradan qaldırın. Fəaliyyətinizin məhsuldar olması üçün zəruri addımlar atın.

Balıqlar - günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın.

BAKU.WS