Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Şou-biznes 3

 

Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava yağıntılı olacaq.

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 17-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Nazirlikdən əhaliyə xəbərdarlıq: qar yağacaq

Nazirlikdən əhaliyə xəbərdarlıq: qar yağacaq

Bu gün 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru...

1444 Şou-biznes 08:31 08 dekabr 2015

Son xəbərlər