SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu Novosibirskdə beynəlxalq incəsənət festivalında dirijorluq edəcək.
 
BAKU.WS-in məlumatına görə, orkestrlə dirijorluq etmək səfirin oğlu Murtuzaya həvalə edilib. Bu barədə festivalın bədii rəhbəri Vadim Repin jurnalistlərə açıqlamasında söyləyib. 

"Bizim ənənəvi proqramımızda "Deti-Detyam"ı Polad Bülbüloğlunun oğlu ifa edəcək. Onun 13 yaşı var və o, çox yaxşı dirijorluq edir. Biz onu bu konsertə dəvət etdik ki, o bir əsərə dirijorluq etsin. Atası da bu haqda eşidib və öz oğulunu dəstəkləmək üçün konsertə gələcək. O, mahnı oxumağa söz verib. 

III Transsibir art-festivalı Novosibirskdə 24 apreldə baş tutacaq. Bundan əvvəlki festival 2015-ci ilin yazında baş tutub. Festival çərçivəsində 15 gün ərzində dünya səhnəsinin ulduzlarının iştirakıyla 15 konsert olub. Novosibirskdə festival proqramlarında 200-dən çox artist hamı iştirak edib və 15 mindən çox tamaşaçı konsertləri izləyib. 
 
Şahin Həbibov
BAKU.WS