SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS günün qoroskopunu təqdim edir:

Qoç - Biznes həmkarlarınızın təkliflərini diqqətsiz qoymayın. Təfəkkürünüz və ağlınız sizə düzgün seçim etməkdə kömək edəcək. Ən böyük arzularınızdan biri həyata keçə bilər.

Buğa - Şəxsi münasibətlərin inkişafı üçün yaxşı fürsətdir. Bu gün siz şəxsi həyatınızla bağlı bəzi problemləri həll edə bilərsiniz. İstənilən hadisədə sakitliyinizi qoruyun.

Əkizlər - Gözlənilməz hadisələrlə rastlaşa bilərsiniz. Bədxahların məkrli niyyətlərinin qarşısını alın. Təmaslarla əlaqələrin köhnə formalarından imtina edərək yeniləri və daha faydalıları seçin.

Xərçəng - Səhhətinizdə problemlə yarana bilər. Hadisələrin qəfil istiqamət dönüşü istisna deyil. Bununla belə, ehtiyatlı olun, şübhə etdiyiniz, amma mühüm məsələnin və ya işin reallaşdırılmasında tələsməyin.

Şir - Ailənizlə daha çox vaxt keçirin. Plan və maraqlarınızın uyğun olduğu insanlarla görüşün. Uzun müddətdən bəri göz yumduğunuz həqiqəti etiraf etməli, yeni təcrübə qazanmalısınız.

Qız - Günün uğurlu olması sizin əlinizdədir. Başqalarının köməyinə ümid olmayın. Şəxsi həyatınızda hər şey qaydasında olacaq.

Tərəzi - Köhnə dostlarınızla görüş gözlənilir. Qohumlarınızla münasibətləriniz yaxşılığa doğru gedəcək. Günün ikinci yarısında səhhətinizə fikir verin, idmanla məşğul olun.

Əqrəb - Bütün işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Heç kimin xahişini geri çevirməyin. Şəxsi münasibətləri, xüsusilə də uzunmüddətli əlaqələri bir daha dəyərləndirməli olacaqsız.

Oxatan - Hadisələrin gedişatına mane olmayın. Uzaq qohumlarınızdan və ya dostlarınızdan xəbər alacaqsınız.Tənhalığa can atmayın, görüş və dəvətlərdən boyun qaçırmayın. Romantik görüşlər əhvalınızı yaxşılaşdıracaq.

Oğlaq - Yaradıcı insanlar üçün əlverişli gündür. Bu gün istənilən insanlarla tanışlıq xoş nəticəsini verəcək. Axşam saatlarını dostlar və ya sevdiyiniz insanla keçirin. Ailə üzvlərinə diqqət ayırın.

Dolça - Gün yeniliklər və dəyişikliklər vəd edir. Bitirilməsi mümkün işi başa vurun. İnformasiya axını kanallarını qapatmayın. Sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın.

Balıqlar - Əlverişli gündür. İşgüzar məsələləri həll etmək olar. Görüş və müzakirələrdə təmkinli olun. İşləri qaydaya salın, konkret nəticəyə nail olun. Pozitiv davranış, məntiqli açıqlamalar söhbəti gərəkli istiqamətə yönəldə bilər.

BAKU.WS