VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BAKU.WS günün - 14 may tarixinin ulduz falını təqdim edir:

QOÇ - Peşəkar fəaliyyət baxımından əlverişli gündür. İlk baxışdan çox çətin, hətta həlli mümkünsüz təsir bağışlayan problemlərin çözülməsində uğurlar əldə edə bilərsiniz. Günün ikinci yarısında işgüzar və şəxsi münasibətləri bərpa etmək olar. Münaqişələrlə qarşıdurmaları unudaraq indiyədək yola getmədiyiniz insanlarla dil tapmaq olar. Yeni tanışlıqlar istisna deyil. Yeni gəlir mənbələri tapa bilərsiniz. Maliyyə problemlərinin çözümünü ertələməyin.

BUĞA - Mürəkkəb, qarışıq gündür. Sizi çoxsaylı kiçik problemlər və anlaşılmazlıqlar gözləyir. Səfərlərlə bağlı ləngimələr mühüm görüşün təxirə salınmasına səbəb olacaq. Gərgin və emosional diskussiyada təmkinli olun. Qarşı tərəfin əlverişsiz şərtlərlə çıxış etdiyi müzakirələrin kəskin mübahisəyə çevrilməsinə imkan verməyin.

ƏKİZLƏR - Uğurlu gün olmayacaq. Lakin günün ikinci yarısına yaxın əlverişli imkanlar yaranacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün şansdan yararlanın. Planları həyata keçirin və ya nüfuzlu insanı işinizlə maraqlandırın. Səhhətinizə fikir verin. Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Narahat olmayın, problemlər müvəqqətidir. Şəxsi münasibətlər baxımından əlverişli gündür. Yaxınlarınız sizi dəstəkləyəcək, 

XƏRÇƏNG - Əlverişli gündür. Köhnə dostlarla yanaşı, yeni tanışlar üçün ünsiyyət yaxşı alına bilər. Yaxın ətrafınızdakı insanlarda müsbət təəssürat yaradırsınız. İşlərin irəliləməsi üçün konkret problemləri sürətlə həll edin. Diqqət mərkəzində olacaqsınız. Çevrəniz maneələrin dəf olunmasında sizə yardım edəcəklər.

ŞİR - Təşəbbüslərdə kəmhövsələlik etməyin. Problem yaranarsa, onu aradan qaldırmaq üçün var qüvvənizlə çalışın. Günün energetikası axşama yaxın dəyişməyə başlayacaq. Hansısa mühüm dəyişikliklərin yaxınlaşmasını hiss edəcəksiniz. Təkliflərlə bağlı illüziyalara qatılmayın. Romantik olmayın, gəlir və mənfəət əldə etməyə çalışın.

QIZ - Ambisiyalarınızın bəzilərinin reallaşmasına imkan verən yaxşı gündür. Karyera müstəvisində irəliləmək imkanları var. Daha yüksək maaşa və yaxşı vəzifəyə layiq olduğunuza rəhbərliyi inandırın. Ya da gözləntilərinizə cavab verən yeni iş yeri tapa bilərsiniz. Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Maraqlı tanışlıqlar istisna deyil.

TƏRƏZİ - Təmaslarla əlaqələrdə sərtlik, dözülməzlik, tələbkarlıq hiss olunacaq. Sizdən işlərin dərhal yerinə yetirilməsini tələb edəcəklər. Planlar və niyyətlər dəyişə bilər. Axşam saatlarında tanımadığınız yerlərdə çox dolaşmayın. Evdə sizi sürpriz gözləyir. Yaxınlarınızla ünsiyyətdə həssas, qayğıkeş olun. Gecə saatlarında yola çıxmayın.

ƏQRƏB - Biznes və ya peşəkar fəaliyyət müstəvisində qərarlar qəbul etməyə tələsməyin. Sonradan çox ağır fəsadlara səbəb ola biləcək səhvlərə yol verə bilərsiniz. Yaxın gələcəklə bağlı planlara dəyişikliklər edin. Yaxınlarınızla dil tapmaq çətinləşir. Münaqişələr yaratmayın. Sərt və aqressiv davranmayın. Emosional fon stabilləşəndə sözlərinizə peşman ola bilərsiniz.

OXATAN - Şəxsi münasibətlərdə arzuolunmaz aşkarlıq və ya seçim məcburiyyəti yarana bilər. Tələsməyin, qəti addım atmazdan əvvəl nəticələr barədə düşünün. Aldığınız təkliflərlə bağlı illüziyalara qapılmayın. Həyatınızda reallaşan ideyalarda rasional məzmun arayın. Maliyyə və ya vaxt çatışmazlığından yarımçıq qalmış işi davam etdirmək imkanı, yaxud da o işə qayıtmaq ehtiyacı yarana bilər.

OĞLAQ - Auranız, məqsədə çatmaq bacarığınız, şəxsi cazibədarlığınız güclənir. Lakin Saturn sağlamlıqla bağlı və ya çevrənizdəkilərlə problem yaradacaq. Uğur qazanmaq istəyi və çevrənizdəkilərə qarşı iradlarınız əsəb sarsıntısı və ya emosiyalarınızın çılğınlaşmasını vəd edir. İnsanların çox olduğu məkanlara və ictimai yerlərə getməməyə çalışın.

DOLÇA -  Əlverişli və rahat gündür. Xırda məsələlərə görə narahat olmayın. Problemləri həll etmək mümkündür. Yaşamınızda ciddi dəyişikliklər dövrü çatıb. Yeni iş yeri aramaq və ya məqsədlərə çatmaq üçün yeni planlar qurmaq olar. Günün ikinci yarısında səhhətinizlə bağlı problemlər yarana bilər. Axşam saatları sakit və xoş keçəcək.

BALIQLAR - Gün ümumən uğurlu olsa da, kiçik problemlər, anlaşılmazlıqlar və uğursuz təsadüflər əhvalınızı korlaya bilər. Nikbin olun, ruhdan düşməyin. Çətinliklər müvəqqətidir. İşsiz oturmayın, çalışın. Maraqlandığınız işlə məşğul olun, real hədəfə çatmağa can atın. Diqqətli olun, həmkarlarınıza verdiyiniz vədlər, əldə etdiyiniz razılaşmalar yaddan çıxacaq.

BAKU.WS