SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin tam mərkəzində - mədəniyyətlər qovşağında yerləşən, artıq 1 ildir şəhər əhalisinin və turistlərin sevimli məkanına çevrilən Central Baku 27 sentyabr 2018-ci il tarixində 1 illik tədbirini qeyd etdi.

12 ay öncə “Tarqovunun abu-havasını dəyişməyə gəlirik” şüarı ilə fəaliyyətə başlayan restoran artıq Bakının simvollarından birinə çevrilməkdədir. Bu müddət ərzində restoran interyer və eksteryeri, təqdim etdiyi menyu ilə tarixi Bakının möhtəşəmliyini və Avropanın eleqantlığını bir arada əks etdirmişdir.

Hər kəsin səbrsizliklə gözlədiyi, tanınmış simaların da iştirak etdiyi bu tədbir “Milli Musiqi günü”nə həsr olunmuşdur.

Central Bakunun dahi bəstəkarımız Üzeyir Hacıbəylinin timsalında tariximizə öz töhfəsini vermiş görkəmli musiqiçilərimizə ithaf etdiyi yeni imic reklamını sizinlə bölüşürük:



Əməkdar artist Şəhriyar İmanovun milli və klassik notları ilə davam edən tədbir Gravity Inc. şirkəti tərəfindən təşkil olunmuşdur.