VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə veriən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət isə gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Bölgələrdə isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər  bəzi  yerlərdə duman olacağı,  şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-5  dərəcə isti olacağı gözlənilir.

Ziya Səccad
BAKU.WS