SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanlı qrafika dizayneri Tural Səfərov (Pantural) bu gün növbəti dəfə onu izləyənləri xoş xəbərlə sevindirdi.
 
BAKU.WS-in məlumatına görə, 30 yaşlı dizayner 3D montaj üçün 140 min manat dəyərində kompüter alıb. Tural Səfərov rejissor, dizayner, operator və yaradıcı insan kimi məşhurdur. Onun yaradıcılıq nümunələri beynəlxalq mükafatlarla təltif edilib. Dizaynerin işləri müasirliyin ən inanılmaz və mürəkkəb işlərinin TOP-100-nə düşüb. Tural öz birinci işini Pentium 4 prosessorunda ərsəyə gətirib. 

Bu gün isə Azərbaycanın mahir dizaynerinin əlinin altında dünyanın ən müasir kompüterlərdən biri var. Dizaynerin sözlərinə görə, bu kompüterə əbəs yerə bu məbləğ ödənilməyib. Komputer iki videokart, 36 nüvəli prosessor və 524 min MB RAM-la təchiz edilib. 
 
BAKU.WS Tural Səfərov gələcək işlərində müvəffəqiyyətlər arzu edir!
 
BAKU.WS