SİZİN REKLAM BURADA!
055 213 76 73



Ekin Beril adlı gənc qız İnstaqram hesabında paylaşdığı kollaj şəklində hazırladığı vineləri ilə qısa müddətə fenomen olmağı bacarıb.
 
BAKU.WS məlumat verir ki, İstanbulda "Bahçeşehir" Universitetində Hüquq fakültəsinin tələbəsi olan Ekin kollaj şəklində hazırladığı ifalarından ibarət videolarını paylaşmağı ilə qısa bir müddətdə sosial şəbəkələrin ulduzuna çevrilib. Videoda yalnız dodaqları görünən qız bunu insanlara daha maraqlı olmaq üçün etdiyini bildirib:
 
"Videolarımda ancaq dodaqlarım görünür. Ona görə insanlar məni üzdən tanımır. Hətta çox zaman küçədə, ya da hər hansısa bir məkanda yanaşı oturduğum insanlar videolarıma baxırlar, ancaq oxuyanın mən olduğumu bilmirlər. Mənə çox sual verirlər ki, "niyə məhz belə çəkirsən videoları?". Xüsusi bir səbəbi yoxdur, açığı. Sadəcə əvvəldən də düşündüm ki, belə insanların diqqətini daha çox çəkmiş olacam. Onlara da maraqlı olacaq "Ekin Beril kimdir?". Düşündüyüm kimi də oldu. Bəlkə də digər sıradan ifaçılar kimi üzüm görünərək çəksəydim videoları, insanlara bu qədər maraqlı olmazdım". 
 
Ekin Beril uşaqlıqdan musiqini sevdiyini deyib:
 
"Uşaqlıqdan musiqiyə marağım var. Demək olar, elə uşaqlıqdan mahnı oxumağa başlamışam. Sadəcə indi onları çəkib paylaşmaq imkanı əldə etmişəm. Düşünürəm ki, bu məndə uğurlu alınıb. Düzdü hələ yolun başındayam, amma irəli getmək, daha çox iş görmək istəyirəm. Nail olacağıma inanıram". 
 
Ekin Berilin İnstaqramda 550 minə yaxın izləyicisi var. Gənc qızın ifası təkcə siravi insanların deyil, tanınmış insanların da diqqətini çəkib. Ümit Besen, Burcu Esmersoy və digər məşhurlar onun ifaları haqda fikirlərini bölüşərək, bəyəndiklərini bildiriblər. 
 
Ayşən Ayxan
BAKU.WS