SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Artıq sadə insanlar da sosial şəbəkələrin imkanlarından yararlanaraq məşhurlaşırlar. Xüsusən də İsntaqramda çəkdikləri şəkilləri paylaşaraq fenomenə çevrilən insanların bir çoxu haqqında məlumatımız var. 87 yaşlı Helen Van Vinkle (İnstagramın ən yaşlı istifadəçisi seçilmişdi, 2 milyona yaxın izləyicisi var), Molli Josef ve Ryan Fontana cütlüyü (Xərçəng xəstəliyinə qalib gəlib bütün dünyanı gəzmişdilər), Amerikan fotoqraf Jay Alvarrez və model sevgilisi Alexis Rene (müxtəlif ekstrim vəziyyətlərində kamera qarşısına keçərək poz verən cütlük qısa zamanda məşhur olmuşdu) və bunlar kimi onlarla nümunələr yazmaq olar. Bu insanların hamısını da dünənə kimi yaxınlarından başqa heç kim tanımırdı. 
 
BAKU.WS bu dəfə sosial şəbəkənin sözün məcazi mənasında qəhrəmana çevirdiyi Jen Selter və Anna Niström haqqında məlumat verəcək.
 
ABŞ-ın Nyu York şəhərində yaşayan 20 yaşlı Jen Selterin İnstagramda nə az nə çox 7 milyon 500 min izləyicisi var. Jen Selteri məşhur edən manikenlərə xas bədən qurluşunun olmasıdır.
 

 
20 yaşlı gözəl, bədəni ilə nəinki manikenlərə, bir çox məşhurlara meydan oxuyur. Selter idman salonunda və yoqa dərslərindən şəkillər paylaşaraq qısa müddətdə insanların diqqətini cəlb etdiyini bildirib. "New York Post"a müsahibə verən Selter, artıq idman salonuna əvvəlki kimi sərbəst gedib-gələ bilmədiyini deyib:

"Artıq idman salonlarına rahat gedib-gələ bilmirəm. Mənim ora getməyim böyük bir hadisəyə çevrilir. İnsanların nəzəri üzərimdə olduğu üçün rahat idman edə bilmirəm. İnsanların məni davamlı izləməsindən narahat oluram".

Jurnalistin "niyə davamlı ombanın şəklini paylaşırsan? sualına Selterin cavabı belə olub:
 
"Həqiqətən davamlı üzümü çəkməyi və paylaşmağı sevmirəm. Həm də insanlara mənim üzüm bir o qədər maraqlı deyil".
 
Qeyd edək ki, Jen Selteri təkcə adi insanlar deyil Rihanna kimi bir çox məşhurlar da izləyir.
 
Jen Selterin ən böyük rəqibi isə Anna Niströmdur.


İsveçli gözəl Annanın 1 milyon 700 nəfər izləci kütləsi var. O da bədəninin gözəlliyinə görə Jen Selterdən heç də geri qalmır. Anna bildirib ki, o özü də Jen Selteri yaxından izləyir.
 
BAKU.WS hər iki gözəlin İnstaqramda paylaşdıqları şəkilləri təqdim edir.
 
Ayşən Ayxan
 
JEN SELTER
 




















ANNA NİSTRÖM