SİZİN REKLAM BURADA!
055 213 76 73



Sükan arxasında siqaretə narkotik maddə dolduran sürücü açıqlama verib.

BAKU.WS
Xəzər TV-yə istinadən xəbər verir ki, Masallı sakini olan 34 yaşlı İlkin Tağıyev əməlini etiraf edib. O, sükan arxasında siqaretə qurudulmuş marixuana dolduraraq hazır vəziyyətə gətirdiyini deyib.

Sərnişinlərin həyatını təhlükəyə atan İ. Tağıyev bir neçə ildir ki, narkotik maddə aludəçisidir. O, avtobusda sərnişin olan zaman narkotik qəbul etmədiyini desə də, tibbi müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olması aşkarlanıb və bu barədə protokol tərtib edilib.

Araşdırma zamanı o da məlum olub ki, İlkin Tağıyev bu ilin aprel ayının 9-dan etibarən sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, İ. Tağıyev 202 saylı marşrut avtobusunun məxsus olduğu “Çinar Trans” MMC- şirkətində müqavilə əsasında işləyib. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs verilib və yenidən 1 il müddətində sürücülük hüququndan məhrum olunub.

Eyni zamanda, bütün bu hallara göz yuman 202 saylı avtobusun kolon rəisi, Bakı şəhər sakini Oktay Qurbanov da saxlanılıb. Kolon rəisi İlkin Tağıyevin işə yeni qəbul olunduğunu və həkim yoxlamasından keçdiyini deyir. Hadisə ilə bağlı O. Qurbanov bölməyə dəvət edilərkən polisə müqavimət göstərdiyi üçün onun barəsində də 15 gün inzibati həbs qərarı verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

BAKU.WS