SİZİN REKLAM BURADA!
055 213 76 73



Çinin “Xiaomi” şirkəti öz brendi ilə buraxılan smartfonların istehsalının dayandırılması ilə bağlı qərar qəbul edib.

BAKU.WS
xəbər verir ki, bu barədə “Akket” portalı məlumat yayıb. Verilən məlumata görə, qərar bu ad altında istehsal olunan məhsullara inamın azalması səbəbindən verilib.

Lakin şirkət yenə də məhsul istehsalını davam etdirəcək. Qeyd edilir ki, şirkət rəhbərliyinin verdiyi qərara əsasən, “Xiaomi” yeni “Pocophone” brendi ilə əvəz ediləcək.

“Xiaomi” şirkətinin yeni brendi ilə bağlı informasiya ABŞ Federal Rabitə Komissiyasının (FCC) məlumatlarında öz təsdiqini tapır.

Komissiyanın məlumatına görə, “Pocophone” adı artıq ABŞ-da qeydiyyatdan keçib. Bundan başqa, yeni əmtəə nişanı Avropa və digər regionlarda qeydiyyata alınıb.

“Pocophone”nun loqosunun təsdiq edildiyi deyilir, lakin hələlik onun görünüşü məlum deyil. Beləliklə də, gələn ilin əvvəlindən “Xiaomi” smartfonlarının istehsalı dayandırılacaq.

Ziya SƏCCAD
BAKU.WS