SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS çərşənbə axşamının - 22 may tarixinin ulduz falını təqdim edir:

Qoç
- Şanslı gündür. Təhsillə bağlı məsələləri həll etmək üçün uğurlu gündür. Bu gün yaradıcılıq işləri də rahat alınacaq. Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Özünüzü gümrah hiss edəcəksiniz. Maddi durumunuzu yüksəltmək öz əlinizdədir.

Buğa - Gərgin gündür. Səhhətinizin qayğısına qalmalısınız. Əsas fəaliyyət sahənizdə problem əlindən macalınız yoxdur, gözlədiyiniz məbləğin gəlib çatması üçün zaman lazımdır. Sevgi münasibətlərindən başqa, heç nə könlünüzü açmır.

Əkizlər - Enerjili gündür. Özünüzü güclü hiss edəcəksiniz. Yaxın hesab etdiyiniz adamların köməyilə maddi vəziyyətinizi bərpa edə biləcəksiniz. Ünsiyyətlərinizdəki anlaşılmazlıq sizi haldan çıxarmasın, hələ ki bu problemin həlli zamanı deyil.

Xərçəng - Sakit gündür. Nəzərdə tutduğunuz işlərin sahmana düşməsini bu günlərdə gözləməyin. Səhhətiniz sizdən qayğı tələb edir. Ünsiyyətlərinizdəki qarşılıqlı mehribanlıqdan razı qalacaqsız.

Şir - Pozitiv gündür. Özünüzü gümrah və rahat hiss edəcəksiniz. Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Biznes planlarını həyata keçirmək üçün hər cür imkanınız var. Ünsiyyətləriniz ürəyinizcə deyil.

Qız - Təzadlı gündür. Səhhətinizə qarşı diqqətli olmalısınız. Maddi imkanlarınız qənaətbəxş deyil. Biznes planlarını həyata keçirmək o qədər də asan deyil. Şəxsi münasibətlərdən başqa, heç nə könlünüzü açmır.

Tərəzi - Gücünüzdən səmərəli istifadə etsəniz, həll olunmamış probleminiz qalmaz. Səhhətinizlə bağlı ciddi bir probleminiz yoxdur. İşlərinizi düşünülmüş plan üzrə görsəniz, qazancınız yüksək olar.

Əqrəb - Çətin gündür. Qazanc gətirə biləcək heç bir işiniz alınmır. Səhhətinizlə bağlı yaranmış problemin həllilə məşğul olmalısınız. Ünsiyyətlərinizdən ciddi şikayətiniz yoxdur.

Oxatan - Qarışıq gündür. Dünyanın faniliyi barədə danışanlarla mübahisə etməkdən bezəcəksiniz. İşləriniz qaydasına düşməkdədir. Heç kəsin köməyinə arxalanmayın. Əlinizdəki işləri yüksək peşəkarlıqla görün.

Oğlaq - Təəssüf hissləri hökm sürəcək. Çəkdiyiniz zəhmətlərin müqabilində aldıqlarınız acı gülüş doğurur. Buna baxmayaraq, iş yerini dəyişmək heç ağlınızdan da keçmir. Səhhətinizin hazırladığı sürprizlərdən ehtiyatlanın.

Dolça - Uğurlu hesab olunan gündür. Səhhətinizlə bağlı heç bir ciddi problem gözlənmir. Maddi imkanlarınızı çoxaltmaq fürsətini boşa çıxarmayın. Ünsiyyətlərinizdə diqqətli olun, heç kəsi özünüzdən incik salmayın.

Balıqlar - Yaxşı gün deyil. Səhhətiniz sizin üçün problem yarada bilər. Bu gün hər bir işdə ehtiyatlı olmalısınız. Maddi durumunuzu yüksəltmək şanslarınız, demək olar ki, qalmayıb. Ünsiyyətlərinizdən şikayətiniz yoxdur.

BAKU.WS