SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS istirahət gününün - 20 may tarixinin qoroskopunu təqdim edir:

QOÇ - Yaxşı gün deyil. Maliyyə vəziyyətiniz pisləşə bilər. Alış-veriş zamanı bədxərcliyə yol verməyin. Yaxınlarınızla münasibətləriniz gözlənilmədən korlana bilər. Sizin öz səhvlərinizi qəbul etməməniz münaqişəyə gətirib çıxara bilər. Səhv etmək dəhşətli bir şey deyil, hər kəs yanıla bilər. Bunu anlasanız və qarşınızdakına anlayış göstərsəniz, münasibətlərinizin birdəfəlik pozulmasının qarşısını ala bilərsiz.

BUĞA - Düşünüdürücü gündür. İş günü deyil, bu fürsətdən istifadə edin. Təkliyə çəkilib hərəkətlərinizi analiz edin. Öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz heç bir işə əl atmayın. Əvvəlcə özünüzə güvəni artırın, sonra hərəkətə keçin. Bu gün heç kimə məsləhət verməyin, eləcə də başqalarının fikirləri ilə addım atmayın. Səhv etmə ehtimalı böyükdür. Fiziki işlə məşğul olmasanız yaxşıdır.

ƏKİZLƏR - Çox yaxşı gündür. Enerjiniz çoxalacaq. Həftə sonunu istirahətə sərf edib, günü doya-doya yaşayın. Yeni tanışlıqlar və ya köhnə dostlarla əyləncəli məclis yerinə düşərdi. Yox, əgər günü işə və ya işgüzar görüşlərə həsr etmək istəyirsizsə, yenə də uğur qazanacaqsız.

XƏRÇƏNG - Müsbət enerji bu gün sizi müşayiət edəcək. Dostlarla və yaxınlarla zaman keçirin. Təbiətin qoynunda dincəlmək şansı yaransa, qaçırmayın. Ailə ortamında dincəlmək qəlbinizi isidəcək. Özünüzü xoşbəxt hiss edəcəksiz. Yeni həftənin ilk iş günü ağır olacaq, bu səbəbdən dincəlməniz vacibdir.

ŞİR - Kosmik enerji həyəcandan xəbər verir. Özünüzdən və ya ətrafdakılardan narazılığınız hissi hökm sürəcək. Xırda problemləri böyüdüb, həyatınızı çətinləşdirməyin. Bu gün hisslərinizdə daha çox qəm-qüssəni azad buraxacaqsız. Axşama yaxın alacağınız xoş xəbər əhvalınızı düzəldəcək.  

QIZ - Bu gün istənilən işə başlasanız çətinliklə üzləşəcəksiz. Risk etməyin. Ən yaxşısı günü istirahətə ayırın. Bunu unutmayın, sabah həftənin ilk iş günüdür. İşləriniz çox olacaq. Yeni həftəyə enerji toplayın ki, işlərin öhdəsindən gələ biləsiz. İşgüzar tərəfdaşlarınızın aktivliyi sizi qorxutmasın, siz də onlarla bərabər addımlayırsız.

TƏRƏZİ - Bu günü öz sağlamlığınızın və doğmalarınızın arasındakı avtoritetinizin möhkəmlənməsinə sərf edin. Çünki şəxsi həyatınızda xoşagəlməz məqamlar ehtimalı var. Günün birinci yarısında diqqətli olun; aldanılma və ya maliyyə itkisi ilə üzləşə bilərsiz. Axşama yaxın şəxsi həyatınızda müsbətə doğru dəyişiklik olacaq. 

ƏQRƏB - Əlverişli gündür. Sevdiyiniz işlə məşğul olsanız enerjiniz çoxalacaq. Bu, sizi sözün əsl mənasında xoşbəxt edəcək. Axşama yaxın təbiətin qoynunda və yaxud açıq havada gəzintiyə çıxın. Yanınızda sevdiyiniz insan olarsa, bu gəzinti sizi daha xoşbəxt edəcək. Yeni həftəyə bol enerji ilə başlamaq çox gözəldir.

OXATAN - Gözlənilməz hadisələr və sürprizlərlə zəngin gündür. Günün ilk yarısında alacağınız xəbər səbəbilə planlaşdırılmamış səfər ehtimalı var. Şəxsi məsələlərdə qərar vermək gərəkirsə, təxirə salın. Bu günün qarmaqarışıqlığı sizi çaşdıra bilər. Sular durulduqdan sonra qərara vermək asan olacaq.

OĞLAQ - Uğurlu gündür. Şəxsi və işgüzar sahədə hər şey yerində olacaq. Karyerada uğur istisna deyil. Yeni layihələr müsbət nəticəsini tezliklə verəcək. Doğma insanlarla ünsiyyətdə mehribançılıq nümayiş etdirin. Onların sizə, sizin isə onlara mənəvi ehtiyacınız var.

DOLÇA
- Gün bağışlanma, təmizlənmə günüdür. Keçmiş inciklikləri unudun və hər kəsi bağışlayın. Belə etsəniz, küskünlüklərin ağır daş kimi yükləndiyi qəlbiniz rahatlıq tapacaq. Sevdiklərinizə zaman ayırın, onlara sevginizi göstərməklə yanaşı, açıq şəkildə deməkdən çəkinməyin.

BALIQLAR - Uzun zamandır üst-üstə yığılıb qalmış köhnə problemlərin həlli üçün əlverişli gündür. İşlərinizi səhmana salın, dönüş mərhələsindəsiz. İrəlidə sizi yeni və böyük işlər gözləyir. Hazır olun, bu gün qonağınız gələ bilər. Gələn insan özü ilə sevinc gətirəcək, qapınızı açıq qoyun!

BAKU.WS