SİZİN REKLAM BURADA!
055 213 76 73



Mayın 22-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunan Qaradəniz və Xəzəryanı ölkələrin karateçiləri arasında çempionat keçiriləcək.

BAKU.WS-in məlumatına görə, "Sərhədçi" Olimpiya İdman Mərkəzində üç gün davam edəcək yarışda 10-dək ölkənin idmançılarının iştirakı gözlənilir.

Xatirə turniri üç gün ərzində müxtəlif çəkilərdə 6 yaşlı uşaqlardan veteran idmançılaradək çıxışları əhatə edəcək.

Mayın 8-də - Aqarunovun şəhid olduğu gün döyüş yoldaşları Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib, xatirələrini bölüşüblər. Xatirə yarışının həmtəşkilatçısı Azərbaycan Milli Karate Federasiyasını (AMKF) tədbirdə Media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov və "Arpaçay" karate klubunun prezidenti Yavər Hüseynov təmsil edib.

Mərasim üçün İsraildən təşrif buyuran şəhidin qardaşı Rantik Aqarunov və yəhudi icmasının nümayəndələri, həmçinin Aqarunovun döyüş yoldaşları, onun xatirəsini yad etmək məqsədilə təşkil olunan turnirə görə Gənclər və İdman Nazirliyinə, eləcə də AMKF-ə minnətdarlıq ediblər.

BAKU.WS