VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Los-Ancelesdə baş tutan "American Music Awards" mükafatlandırma mərasimi bu dəfə də maraqlı geyimlərlə yadda qalıb.
 
BAKU.WS məlumat verir ki, mükafatlandırma gecəsinin ən yadda qalan və diqqət çəkən simalarından tədbirin aparıcısı, dünyaca tanınmış pop ulduz, aktrisa Cenifer Lopez olub. Pop ulduz səhnəyə 5 fərqli libasda çıxıb. Müğənni 46 yaşına baxmayaraq hələ də formada qalmağı bacarıb. 
 
Bundan başqa mərasimə gənc ifaçı Castin Biber, Selena Qomez, model Qiqi Hadid və digərləri qatılıb. Gecənin ən yadda qalan məşhurlarından biri də Z Lala olub. O mərasimə dəniz ilbizi formasında libasla qatılıb. 

BAKU.WS